Azərbaycanda Biznes Məsləhət Xidməti Proqramı

Avropa Yenidənqurma və İnkişaf Bankının TurnAround Management Qrupu tərəfindən idarə edilən Biznes Məsləhət Xidməti (BMX) Proqramı kiçik və orta sahibkarlığın inkişafına yardım məqsədilə yaradılmışdır. BMX Proqramı bir çox ölkələrdə praktiki biznes məsləhətlərini təmin etmək sahəsində böyük təcrübə qazanmışdır. BMX proqramları bu günə qədər sahibkar müştərilərə göstərilən 3000-dən artıq məsləhət layihəsini dəstəkləməklə vacib bir sektor olan Kiçik və Orta Sahibkarlığın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

Kiçik və Orta Sahibkarlığın inkişafına yardım təşəbbüsü kimi BMX Proqramı Azərbaycanda öz fəaliyyətinə 2003-cü ildə başlamışdır. BMX Proqramı Avropa Birliyi (AB) tərəfindən Avropa Birliyinin Azərbaycanda özəl sahibkarlığın davamlı inkişafı Proqramı çərçivəsində maliyyələşdirilir.

2005-ci ildən Azərbaycanda BMX Proqramı Avropa Yenidənqurma və İnkişaf Bankının İlkin Keçid Ölkələri üçün çoxistiqamətli donor Fondu tərəfindən dəstəklənir.

Copyright © 2003 BAS Programme in Azerbaijan - All rights reserved

Sonuncu dəyişiklik 01.10.2007

 

english

 

 

BAS Proqramının Azərbaycan nümayəndəliyinin əlaqə məlumatları

 

 

BAS Layihələrinin nümunələri

 

 

Müəssisələrin seçilmə meyarları

 

 

BAS Proqramının idarəetmə sistemi

 

 

Proqramın məsləhətçi təyinatı

 

 

2006-2007-cü illərdə fəaliyyət və statistic göstəricilər