EBRD logo
2003-2004-cü illərdə fəaliyyət və statistik göstəricilər
Fəaliyyət və statistik göstəricilər
for 2003-2004
BMX Proqramının benefisiarlarının siyahısı
| Layihələrin növləri | Sənaye sahələri | Coğrafi yerləşmə |
| Müəssisənin həcmi | Konsultantlar | Nəticələr |

Azərbaycanda iki illik fəaliyyətindən sonra BMX Proqramı yerli sahibkarlar, konsaltinq şirkətləri, biznes xidmətlərini həyata keçirənlər, professional assosiasiyalar və donor təşəbbüsçüləri tərəfindən rəğbətlə qarşılanmışdır.

2003-2004-cü illər ərzində 200 -dən artıq müəssisəyə BMX komandası tərəfindən baxış keçirilmiş və 180-dən artıq layihə üzrə ərizə qiymətləndirilmişdir. Azərbaycanda BMX Proqramı 386 909 Avro istifadə olunmaqla 102 benefisiar müəssisəsi40 konsaltinq şirkəti ilə 125 məsləhət layihəsini həyata keçirmişdir. Bundan əlavə, ümumi məbləği 54 791 Avro olan 8 tam maliyyələşmiş layihə - konfranslar, seminarlar, treninqlər və s. – həyata keçirilmişdir.

 
Layihələrin növləri:

BMX Proqramının əsas məqsədi Kiçik və Orta Sahibkarlara öz fəaliyyətlərini yaxşılaşdırmaq, onların yeni bazarlara çıxmaq və funksional biznes strukturu olmaq və inkişaf etmələri üçün imkanlarını artırmaq sahəsində maliyyələşmə yolları tapmaqda onlara yardım etməkdir.
Həyata keçirilmiş layihələrin demək olar ki yarısı (48%) bazarın öyrənilməsi və marketinq, lahiyələşmə, texniki yararlılığın analızı və partnyorların axtarışı kimi biznes məsləhətləri daxil olmaqla bazarın xüsusiyyətini inkişaf etdirmək məqsədinə xidmət etmişdir. Bu da Azərbaycan iqtisadiyyatının bütövlükdə hazırkı inkişaf mərhələsinin göstəricisidir. Rəqabətin mövcud olduğu bir şəraitdə fəaliyyət göstərən yerli Kiçik və Orta Sahibkarlar həm marketinq strategiyasını inkişaf etdirmək üçün mühüm səylər göstərməli, həm də daim mümkün kapital qoyuluşu üçün imkanlar və yeni partnyorlar axtarmalıdırlar.
Maya dəyərin azaldılması üzrə araşdırmalar yeni olaraq həyata keçirilməyə başlanmışdır və bu yalnız 2 layihədə – ümumilikdə 3%-i təşkil etməklə – nəzərdə tutulmuşdur. Kiçik və orta sahibkarlara məxsus köhnə və dəyərdən düşmüş istehsalat qurğularının produktivliyi azaldığından sahibkarlar aktivlər üzrə müvafiq gəlır əldə etmirlər. İstehsalat sistemlərinin avtomatlaşdırılması, optimallaşdırma və maşınqayırma problemlərinin həlli sahəsində həyata keçirilən BMX layihələri istehsalatın produktivliyini və malın dövriyyəsini artırmağa yönəldilmişdir, lakin nəzərə almaq lazımdır ki, konsaltinq bacarıqlarının maya dəyərin azaldılmasına gətirib çixarması bir fakt kimi yalnız nəzərdə tutulmamalıdır, bu BMX heyəti və məsləhətçiləri tərəfindən içtimaiyyətə açıqlanmalıdır.
İdarəetmənin səmərəliliyinə yönəldilmiş layihələr BMX Proqramının ikinci ən geniş yayılmış layihələrindəndir – layihələrin 22%-ni təşkil edir. Son 5 il ərzində fəaliyyətini qoruyub saxlayan və inkişaf etməyə müvəffəq olan müəssisələrin əksəriyyəti etiraf edirlər ki, sonrakı inkişafla bağlı üzləşdikləri çətinliklərlə necə mübarizə aparmaq üçün öz təşkilatlarını təkmilləşdirmək sahəsində onların məsləhətlər almağa ehtiyacları vardır. İşçilərin sayının çox olması və artan istehsal idarəetməni və resurslara nəzarəti çətinləşdirir və nəticə etibarı ilə maliyyə/menecment informasiya sistemlərinin komputerləşdirilməsi üçün zərurəti ortaya çıxarır.
Keyfiyyət üzrə idarəetmə sistemlərinə və sertifikatlaşmaya olan yüksək maraq (Azərbaycanda BMX layihələrinin 11%-ni təşkil edir) yerli şirkətlərin istehsal standartlarının certifikatlaşması gözlənilən ölkələrdə yeni bazarlar axtarmaq və müştərilər, partnyorlar və təchizatçıların tələblərinə cavab vermək üçün edilən təzyiqlə əsaslandırılır. Eyni zamanda, keyfiyyət sistemlərini həyata keçirən kiçik və orta müəssisələr öz təşkilati strukturlarını təkmilləşdirmək və müştərilərini daim yüksək keyfiyyətli məhsul/xidmətlə təmin etmək bacarığına inandırmaq ehtiyacı ilə üzləşirlər. Əvvəlcə bütün keyfiyyət üzrə idarəetmə sistemləri ilə əlaqəli layihələr əsas ISO sertifikatlaşmasına yönəldilmişdi, bu anlaşılandır və BMX maliyyə yardımı bunu əks etdirmək üçün azaldılacaqdır. Lakin, daha qabaqcıl texnoloji prosesləri cəlb etmək məqsədilə BMX daha böyük maliyyə yardımları ilə sağlamlıq/təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə qaydaların tətbiqinin başlanmasını dəstəkləyəcəkdir.

 
Sənaye sahələri:

Başlıca sahələr kimi yalnız ərzaq, içki və turizm sektorlarının daha çox inkişaf etdiyini qeyd etməklə müxtəlif sənaye sahələri üzrə olan layihələrin qarışığı bunun geniş yayıldığını göstərir. Yeyinti məhsullarının istehsalı texnologiyası istehsal/emal layihələrinin 48%-i və yaxud da BMX-nın ümumi dotasiyasının 18%-i təşkil etdiyi halda, səyahət və turizm layihələri 13% təşkil edir. Bu Azərbaycanda sənaye bazasının aydın göstəricisidir. Bu ayrıca sahələrə olan güclü tələbat bu sektorda olan şirkətlərin nisbi sayı ilə uyğun gəlir. Bir çox yeni müəssisələrin yarandığı xidmətlər/ticarət sektorunda da uyğun nisbət (59%) vardır.

 
Coğrafi yerləşmə:

BMX Proqramının dəstəyini əldə etmiş benefisiar Kiçik və Orta Müəssisələrin coğrafi bölgüsü Azərbaycanda Kiçik və Orta Sahibkarlığın coğrafi yerləşməsi sisteminə bir bütöv kimi uyğun olaraq həyata keçirilir. Müəssisələrin əksəriyyətinin Bakıda yerləşməsinə baxmayaraq, BMX Proqramı paytaxtdan kənarda yerləşən az inkişaf etmiş bölgələrdə yüksək aktivlik göstərmişdir; sənayenin Bakıda cəmləşməsini nəzərə alaraq, layihələrin heç də az olmayan hissəsi (29%) regional müəssisələr üçün nəzərdə tutulmuşdur.

 
Müəssisənin həcmi:

Bütün dünya olkələri üzrə 300-dən az işçisi olan müəssisələr yeni iş yerlərinin yaradılması üçün başlıca vasitədir və Azərbaycanda Kiçik və Orta Sahibkarlığı dəstəkləməklə BMX Proqramı kasıbçılığın azaldılması və güclü iqtisadi inkişafı dəstəkləyən vəzifələri həyata keçirməkdədir. Həcmcə kiçik olan müəssisələr böyük müəssisələrdən fərqli olaraq, bazar iqtisadiyyatının imkanlarının üstünlüklərindən daha çevik istifadə etməyə can atırlar və bu da öz növbəsində iqtisadiyyatın rəqabətli olmasına güclü şəkildə təkan verir.
BMX maliyyə yardımının köməyi dəstəklənən Kiçik və Orta Müəssisələr işçilərinin sayına görə 4 qrupa bölünürlər; hər qrup üzrə olan faiz göstəricisi yerli iqtisadiyyatın ölçü (həcm) strukturunu və BMX Proqramının meyarlarını əks etdirir. Layihələrin 92%-ə qədəri 100-dən az işçisi olan şirkətlərlə həyata keçirilmiş və bu da şirkətlərin inkişaf üçün böyük potensialı olmasını göstərən həvəsləndirici bir əlamətdir.

 
Konsultantlar:

Siyahıya 40 şirkət daxil olan BMX tərəfindən maliyyələşən layihə çərçivəsinə xidmətlərindən istifadə olunan konsultantlar üzrə məlumat bazası yaradılmışdır.

Peşəkar yerli konsultantlara üstünlük verilmiş və Azərbaycanda BMX tərəfindən dəstəklənən layihələr üzrə işə götürülmüş konsultantların 90%-ni yerli konsultantlar təşkil etmişlər. Yerli konsultantlar pulun dəyəri üzrə sərfəli təkliflər edir və müəssisələrlə heç bir dil və mədəniyyət maneələri olmadan birbaşa əlaqə yarada bilirlər, bu da verilən məsləhətlərin düzgün anlaşılması və onlara müvafiq tədbirlərin həyata keçirilməsi ehtimalını artırır. Bundan başqa, yerli konsultantlar professional ad qazanmağa çalışırlar və bu da onlarda güclü motivasiya yaradır. Proqram yerli şirkətləri kommersiya layihələrində təcrübəsi olan məsləhətçilərlə təmin edir və layihə üzrə müqavilənin tələb edilən bir hissəsi kimi konsultantları benefisiar müəssisələr üçün əllərindən gələni etməyə məcbur edir.
Yerli konsaltinq şirkətləri Proqramdan əhəmiyyətli dərəcədə məmnun olduqlarını bildirirlər, bu da potensial müştərilər arasında marağın yaranması üçün bir vasitə kimi qəbul edilmişdir. Benefisiarların əksəriyyəti BMX ilə layihələrə başlamazdan əvvəl xarici konsultantların xidmətlərindən istifadə etməmişlər .

 
Nəticələr:

BMX Proqramının prosedurları dotasiya ödənildikdən bir il sonra hər bir layihə üçün layihənin başa çatması üzrə hesabatın hazırlanmasını tələb edir. BMX Proqramı kiçik və orta sahibkarlara professional biznes məsləhətlərinin alınmasının üstünlüyünü göstərmək üçün hazırlanmış bir nümayiş layihəsi olduğu üçün, müəssisələrin Proqramın maliyyə yardımından faktiki olaraq gəlir əldə etdiyini və proqramın öz məqsədinə çatmasını sübut etmək çox vacibdir. Layihənin müvəffəqiyyəti malın dövriyyəsində, işçilərin sayında və cəlb olunmuş investisiya qoyuluşunda olan illik artımı ölçməklə qiymətləndirilir.
Fəaliyyətinin birinci ilində BMX lahiyələri dəyəri 80K Avro olmaqla, Kiçik və Orta Müəssisələrə biznes planlarının hazırlanması və iqtisadi məqsədəuyğunluğun analızı üzrə yardım göstərmişdir. Bu, müştərilərə öz bizneslərini inkişaf etdirmək və müəssisənin həcmini artırmaq, daha artıq işçi yığaraq Bakıda və regionlarda məşgulluğu artırmaq kimi vacib investisiya qoyuluşu üçün ümumi dəyəri $915 K olan ssuda (borc) və aksiyalar əldə etmək imkanı vermişdir.
2004-cü ilin 31 dekabr tarixinə qədər doqquz başa çatmış layihə üzrə hesabat hazırlanmışdır. Bu layihələrin əksəriyyəti qənaəbəxş və ya çox qənaətbəxş kimi qiymətləndirilmişdir.

Yekun qiymətləndirmə Layihələrin sayı %
Çox qənaətbəxş 47 37.6
Qənaətbəxş 76 60.8
Qeyri-qənaətbəxş 2 1.6
Çox qeyri-qənaətbəxş 0 0
CƏMI 125 100
Copyright © 2003 BAS Programme in Azerbaijan - All rights reserved
Sonuncu dəyişiklik 01.10.2007
english
2003-2004-cü illərdə fəaliyyət və statistic göstəricilər